Ağcabədi sakininin evindən silahsursat tapıldı


Digərləri 20 Yan 2018 13:10:00 252 0

Ağcabədi sakininin evindən silahsursat tapıldı

Ağcabədi sakininin evindən silah-sursat aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında rayon sakini Aslan Rüstəmzadənin evinə baxış keçiriblər.

Evdən 1 ədəd "Makarov", 1 ədəd "Reck-Cobra" markalı qaz tapançaları, 44 ədəd travmatik patron, 2 qandal və 1 ədəd nunçaqi aşkar edilərək götürülüb.