Demokratların Senatdakı lideri Donald Trampı qurumların bağlanmasında ittiham edib


Dünya 20 Yan 2018 13:02:50 285 0

Demokratların Senatdakı lideri Donald Trampı qurumların bağlanmasında ittiham edib

ABŞ-ın federal qurumları maliyyələşdirilmənin kəsilməsi səbəbilə 2013-cü ildən bəri ilk dəfə fəaliyyətini dayandırıb

"ABŞ-ın federal qurumlarının bağlanmasına görə bütün günah ölkə prezident Donald Trampdadır".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasının ABŞ Senatındakı lideri Çak Şumer deyib.

"Məhz D.Tramp istəmədiyi üçün respublikaçı əksəriyyət büdcə məsələsində demokratlarla razılaşmayıb", - Ç.Şumer bildirib.

Ç.Şumer həmçinin bu gün danışıqları bərpa etməyə çağırıb.

Qeyd edək ki, ABŞ-ın federal qurumları maliyyələşdirilmənin kəsilməsi səbəbilə 2013-cü ildən bəri ilk dəfə fəaliyyətini dayandırıb.

Ağ Evdən bildiriblər ki, baş verənlərə görə Demokratlar Partiyasından olan deputatlar günahkardır.