Emeri Kavani ilə Neymarın penalti probleminə münasibət bildirdi


İdman 20 Yan 2018 12:43:00 359 0

Emeri Kavani ilə Neymarın penalti probleminə münasibət bildirdi

PSG-nin baş məşqçisi Unay Emeri Fransa çempionatında "Dijon"la keçirilən oyundakı penaltinin icrası ilə bağlı fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, mütəxəssis bu barədə mətbuata danışmağın düzgün hesab etmədiyini deyib:

"Paltardəyişmə otağında baş verənləri açıq şəkildə müzakirə etməyəcəm. Hər oyunçunun öz rolu var. Penaltinin  yerinə yetirilməsində növbəli prinsip əsasdır. Ancaq mən bu barədə danışmaq istəmirəm".

Xatırladaq ki, PSG-nin 8-0 hesablı qələbəsi ilə yekunlaşan matçda rəqibin qapısına təyin olunan penaltini Neymarın yerinə yetirməsi etirazla qarşılanmışdı. Komandanın digər forvardı Kavaninin Zlatan İbrahimoviçin rekordunu yeniləməsi üçün 1 qol lazım idi. Azarkeşlər bu səbəbdən penaltini Kavaninin yerinə yetirməsini istəyirdilər. 

Emeri komandanın fiziki hazırlığı barədə də danışıb:

"Oyunlara hazırlaşırıq. Futbolçuların fiziki hazırlığı yüksək səviyyədədir. Fərdi keyfiyyətlrə komandanın işinə faydalıdır. Ancaq biz bunu müzakirə etmirik. Kavani özünü inkişaf etdirmiş futbolçudur və burda olduğu üçün xoşbəxtdir. Kollektiv ruhludur. Digər oyunçularımız da belədir. Edinsonla müqaviləni uzadanda da burda xoşbəxt olduğunu ifadə etmişdi. Komandanın milliyətə görə bir neçə qrupun olması təbiidir. Paltardəyişmə otağında əsas danışıq dili fransızcadır. Yeri gəlmişkən, Kavanı fransız dilini yaxşı bilir".