Şəhid əsgərimiz dəfn edildi FOTO


Digərləri 20 Yan 2018 11:48:00 284 0

Şəhid əsgərimiz dəfn edildi  FOTO

Neftçalalı şəhid doğulduğu Bankə qəsəbəsində torpağa tapşırılıb.

Son.az report-a istinadən xəbər verir ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

Çıxış edənlər şəhidin döyüş yolundan danışaraq, onun mərd, vətəni sevən biri olduğunu bildiriblər. Qeyd edilib ki, ötən ilin iyulunda həqiqi hərbi xidmətə çağrılan, Milli Aviasiya Akademiyasının məzunu İbrahim Mənəfov hər kəsə nümunə sayılacaq hərbçi olub.


Xəbərə aid fotolar