Şamaxıda ər-arvadın əl-ayağını bağlayıb evdən 20 min manat oğurlayan 4 nəfər tutuldu


Digərləri 20 Yan 2018 11:44:00 158 0

Şamaxıda ər-arvadın əl-ayağını bağlayıb evdən 20 min manat oğurlayan 4 nəfər tutuldu

Yanvarın 19-da Şamaxı rayon Polis şöbəsinə Məlhəm kəndində yaşayan vətəndaşın evində quldurluğa məruz qalması barədə məlumat daxil olub.

Bakı. Yanvarın 19-da Şamaxı rayon Polis şöbəsinə Məlhəm kəndində yaşayan vətəndaşın evində quldurluğa məruz qalması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal əməliyyat qrupu hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girmiş üç maskalı şəxsin onun və arvadının əl və ayaqlarını yapışqanlı lentlə bağlamaları, döyərək oradan 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl (2990 manat) aparmaları müəyyən edilib.