"Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək"


Digərləri 20 Yan 2018 10:33:00 291 0

"Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək"

"Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyaları həyata keçirəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır. Hazırda lazımi texniki-təşkilati işlər görülür. Vaxtilə bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir. Güman edirəm ki, bir neçə ay ərzində təşkilati işlər tamamlanacaq və Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq".