Neft ucuzlaşdı
Dünya 20 Yan 2018 10:12:00 237 0
Dünya birjalarında neft ucuzlaşıb.
Son.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar və ya 0,59% azalaraq 63,57 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,70 dollar və ya 1,01% azalaraq 68,61 dollar olub.
Mənbə: milli.az