Türkiyədə avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb, 42 nəfər yaralanıb


Dünya 20 Yan 2018 09:12:41 279 0

Türkiyədə avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb, 42 nəfər yaralanıb

Hadisə yanvarın 20-də səhər saatlarında baş verib

Türkiyənin Eskişehir şəhərində avtobusun qəzaya uğraması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.

“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, avtobus Ankaradan Bursa istiqamətində hərəkət edirmiş.

Hadisə yanvarın 20-də səhər saatlarında baş verib. 

Qəzanın baş vermə səbəbi haqda hələki məlumat yayılmayıb.