Selin Şenocak: "20 Yanvar Azərbaycanın qəhrəmanlıq dastanıdır"


Digərləri 20 Yan 2018 09:16:00 292 0

Selin Şenocak: "20 Yanvar Azərbaycanın qəhrəmanlıq dastanıdır"

"20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda yazdığı qəhrəmanlıq dastanı, eyni zamanda bütün dünyaya göstərdiyi sarsılmayan milli iradədir".

Son.az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Strateji Araşdırmalar Diplomatik Mərkəzinin rəhbəri və Paris Universitetinin mədəni diplomatiya kafedrasının müdiri Naciye Selin Şenocak deyib.

S.Şenocak qeyd edib ki, 1990-cı il 20 yanvarda müdafiə mexanizmlərindən məhrum edilən Azərbaycan xalqının azadlıq uğrunda başladığı milli mübarizəsi boğulmağa cəhd edildi:

"20 Yanvar faciəsi dağılmaq üzrə olan SSRİ-də erməni quldur dəstələrinin təşəbbüsü ilə dörd bir tərəfdən mühasirə olunan Azərbaycanda törədilən ən böyük soyqırımlardan biridir. Təəssüflər olsun ki, tarixə qara hərflərlə həkk olunan bu faciə Qərbin də göz yumduğu faciələrdən biridir".

S.Şenocak onu da bildirib ki, bu gün siyasi vəziyyət dəyişmiş olsa da, Azərbaycanın 20 % torpağı hələ də Ermənistan işğalı altındadır: "Dağlıq Qarabağ məsələsinə ATƏT və Birləşmiş Millətlər Təşkilatı ikili standartlarla yanaşaraq, münaqişənin həlli üçün dəstək göstərmək əvəzinə, uzanmasına səbəb olurlar".