Praqada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub FOTO


Siyasət 20 Yan 2018 08:23:00 266 0

Praqada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub  FOTO

Dünən Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə Praqanın məhşur Luçerna sarayında 1990-cı ilin yanvar qətliamının 28-ci ildönümü münasibətilə foto-sərgi təşkil edilib.

Son.az-a Azərbaycanın ölkədəki səfirliyindən verilən məlumata əsasən, sərgi zamanı Sovet qoşunlarının təkcə Azərbaycanda deyil, Gürcüstan və Litvada törətdikləri qırğınlar haqqında fotolar nümayiş etdirilib.

Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək, 20 Yanvar hadisələri və Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında bəhs edib. Habelə, Gürcüstan və Litvanın Çexiyadakı səfirləri tədbirdə iştirak edərək, sözügedən hadisələrlə bağlı öz fikirlərini bölüşüblər.

Sərginin açılış mərasimində Çexiyada akreditə olunmuş diplomatik korpusun, yerli icitimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak edib.

Sərgidə fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış müvafiq broşürlər, məlumat vərəqləri tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərə aid fotolar