Masazırda 3 yaşlı uşaq binanın 6cı mərtəbəsindən yıxılıb


Digərləri 20 Yan 2018 08:08:00 230 0

Masazırda 3 yaşlı uşaq binanın 6cı mərtəbəsindən yıxılıb

Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb

Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 2014-cü il təvəllüdlü Ağayev Əlimurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.

. Yaralı əvvəlcə 1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan Bakıdakı özəl klinikalardan birinə köçürülüb.