Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)


Digərləri 20 Yan 2018 06:54:24 233 0

Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Vaşinqtonda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Bakı. Vaşinqtonda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, səfirlikdə baş tutan tədbirdə Vaşinqton şəhərində və ətraf ərazilərdə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediv. Mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 20 Yanvar qanlı hadisəsi zamanı əliyalın mülki əhaliyə Sovet ordusunun silah tətbiq etdiyini, xalqımızın çoxsaylı oğul və qızlarının şəhid olduğunu, bu tarixin xalqımızın yaddaşında bir faciə kimi əks olunduğunu söyləyib.