Praqanın Luçerna sarayında 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)


Digərləri 20 Yan 2018 02:12:00 250 0

Praqanın Luçerna sarayında 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)

Dünən Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə Praqanın məhşur Luçerna sarayında 1990-cı ilin yanvar qətliamının 28-ci ildönümü münasibətilə foto-sərgi təşkil edilib.

Bakı. Dünən Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə Praqanın məhşur Luçerna sarayında 1990-cı ilin yanvar qətliamının 28-ci ildönümü münasibətilə foto-sərgi təşkil edilib. Trend-ə Azərbaycanın ölkədəki səfirliyindən verilən məlumata əsasən, sərgi zamanı Sovet qoşunlarının təkcə Azərbaycanda deyil, Gürcüstan və Litvada törətdikləri qırğınlar haqqında fotolar nümayiş etdirilib. Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək, 20 Yanvar hadisələri və Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında bəhs edib. Habelə, Gürcüstan və Litvanın Çexiyadakı səfirləri tədbirdə iştirak edərək, sözügedən hadisələrlə bağlı öz fikirlərini bölüşüblər.