6 ayından sonra körpəni belə qidalandırın


Digərləri 19 Yan 2018 23:48:00 255 0

6 ayından sonra körpəni belə qidalandırın

6 aylıq körpələrə sağlıqlı qidalanmaları üçün ana südü ilə yanaşı əlavə qidaların verilməsinə başlanılır. Son.az ailem.az-a istinadən gənc anaları 6 aydan sonra körpəni düzgün şəkildə necə qidalandırmaqla bağlı bəzi nüanslarla tanış edir.

Birinci qayda:   Körpə səhər oyananda ilk olaraq ana südü, ya da həkiminizin məsləhət gördüyü əlavə uşaq qidası verin.   Səhər naharı   120 ml ana südünə və ya həkiminizin məsləhət gördüyü südün içərisinə yumurta sarısının 2-də birini, 1 kibrit qutusu qədər pendir, 1 çay qaşığı bəhməz əlavə edərək qarışdırın. Yumurta sarısı və pendir bu qarışımda növbəli olaraq istifadə edilməlidir. Məsələn, bir gün qarışımı yumurta sarısı ilə, o biri gün pendir ilə hazırlayın.   Günorta   Ana südü və ya 100 qr qatıq   Axşam   1 stəkan taxıllı sıyıq.   Gecə   Ana südü. Gecə boyu oyandığında da əlavə qidalar əvəzinə ana südü verin. Əks təqdirdə uşaqda köp problemi ortaya çıxar.   6 aylıq uşağa hansı qidalar verilməməlidir?   6 aylıq uşaqlarda qidalanma şəkillərinə xüsusilə diqqət edilməlidir.   1. İnək südü 2. Şokolad 3. Kakao 4. Badımcan 5. Çiyələk 6. Pomidor 7. Kivi 8. Fıstıq kimi allergik qidalar 9. Dəniz məhsulları 10.  Konserv və dondurulmuş qidalar. 11. Çərəzlər, popkorn, saqqız kimi boğulmaya səbəb olacaq qidalar.