Gündüzlər teztez yuxulayırsınızsa, deməli...


Digərləri 19 Yan 2018 23:21:00 300 0

Gündüzlər teztez yuxulayırsınızsa, deməli...

Gündüzlər tez-tez yuxunuzun gəlməsi ciddi bir xəstəliyə tutulmanızdan xəbər verə bilər.

Son.az xəbər verir ki, keyfiyyətli yuxu insan sağlamlığı üçün əvəzsiz vasitədir. Lakin keyfiyyətsiz yuxu insanların gün ərzində daim yuxulu halda gəzməsinə, diqqət əskikliyi kimi şikayətlərə, yüksək təzyiq, ürəkdə ritm pozğunluğu, iflic və ya ani gecə ölümlərinə səbəb ola bilər.

Yuxu ilə bağlı əsas problemlərdən biri xorlama və yuxud nəfəs tutulmasıdır. Yuxu pozğunluğu diqqətsizliyə səbəb olur ki, bu da yol qəzalarını 7-8 dəfə artırır və iş qəzalarına səbəb olur.

Bu xəstəlikdən əziyyət çəkənlərin sayı 1-4 faiz arasında dəyişir. Bu çox da böyük rəqəm olmaya bilər. Lakin diabet xəstələrinin 3, astma xəstələrinin 5 faiz sıxlıqda olduğu müəyyən edildikdə, yuxu pozuqluğundan əziyyət çəkənlərin sayı heç də az görünməməlidir.

Yuxu pozğunluğunun başlıca əlamətləri nəfəsin dayanmasıdırsa, sonrakı yerlərdə yuxu zamanı narahatlıq, tərləmə, xorlama, ağız quruması, gecə tez-tez tualetə getmək, nəfəsin kəsilməsi göstərilə bilər. Bununla yanaşı baş ağrısı, unutqanlıq, diqqət pozğunluğu, depressiya, səhərlər yuxudan yorğun oyanma, bütün günü çox yuxulu olma və yorğun hiss etmək isə yuxu pozğunluğu xəstəliyinin əsas əlamətlərindəndir.