Qadın əsgər Şimali Koreya ilə bağlı DƏHŞƏTLİ FAKTLARIN ÜSTÜNÜ AÇDI: ordudakı qızları... FOTO


Digərləri 19 Yan 2018 23:01:00 504 0

Qadın əsgər Şimali Koreya ilə bağlı DƏHŞƏTLİ FAKTLARIN ÜSTÜNÜ AÇDI: ordudakı qızları...  FOTO

Uzun illərdir təkpartiyalı hakimiyyət idarəçiliyi ilə qapalı qalan Şimali Koreya hələ də, sirli ölkələrdən biridir.

Bu ölkə haqqında hər bir məlumatın oxucular tərəfindən maraqla qarşılanmasını nəzərə alaraq Son.az Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin dəhşətə gətirəcək etiraflarını və bu ölkədən gizli şəkilləri təqdim edir:

Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin sözlərinə görə, dünyanın ən böyük dördüncü ordusunda stress və qida çatışmazlığı səbəbindən qadınlar menstruasiya olmur, orduda təcavüz halları isə qadın əsgərlər üçün adi haldır.

Təxminən 10 il əsgərlik çəkən və 10 ildən çoxdur ki, Şimali Koreyadan çıxan Lee So Yeon 20-dən çox qadınla birlikdə qaldığı xatirələrini unutmadığını deyib.

"Çox tərləyirdik, döşəklərimiz çəltik qabığından idi, buna görə də bədənimizin qoxusu ona çökürdü. Heç xoş deyildi. Ən çətin isə çimmək idi. İsti su yox idi, dağdan gələn suya bağlı bir borunun altında yuyunurduq. Bəzən borudan qurbağa və ilanlar üstümüzə düşürdü", -deyə o bildirib.