Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 19 Yan 2018 23:07:00 252 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 18-də 70,85 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,08 dollar/barel azdır. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 18-də 70,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 18-də 67,89 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.