Bu çiçəklər sizə rahatlıq gətirəcək: evinizdə saxlayın FOTO


Digərləri 19 Yan 2018 22:31:00 320 0

Bu çiçəklər sizə rahatlıq gətirəcək: evinizdə saxlayın  FOTO

Bəzi çiçək və güllər evdə şans, rahatlıq, xoşbəxtlik, sağlamlıq gətirə bilmək gücünə malikdir. Bu cür bitkiləri evinizdən əskik etməyin. Son.az ailem.az-a istinadən həmin çiçəklərlə sizi tanış edir.

Qərənfil

Evinizdə romantik ab-hava yaratmaq üçün yataq otağınızda ağ qərənfil saxlayın. Ağ qərənfil sakitlik və əmin-amanlıqla yanaşı, romantik enerji də əks etdirəcək.

Mimoza

Evinizdə və iş yerinizdə qoyacağınız mimozalar müvəffəqiyyəti artırar və uğur qazanmanızı təmin edər.

Pion

Şans, sürprizlər, sədaqət və şəfqət üçün pion çiçəklərini seçin. Ağ pionlar sədaqəti və şəfqəti, qırmızılar isə şansı və sürprizləri həyatınıza gətirəcək.

Liliya

Evinizə bol pul və bərəkət çəkmək üçün zanbaq çiçəyindən istifadə edin.


Xəbərə aid fotolar