Brokkoli kələminin tərkibindəki probiotiklər xərçəngin inkişafının qarşısını ala bilər


Digərləri 19 Yan 2018 22:34:00 247 0

Brokkoli kələminin tərkibindəki probiotiklər xərçəngin inkişafının qarşısını ala bilər

Elm adamları brokkoli kələminin yoğun bağırsaq xərçənginin müalicəsində istifadə oluna biləcəyini bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sinqapur Milli Universitetində bir qrup alim brokkolidə aşkar edilən xərçəng əleyhinə probiotiklər üzərində araşdırma aparıblar.

Tədqiqat zamanı probiotiklərin xərçəngin inkişafının qarşısını aldığı və yoğun bağırsaq xərçəngi hüceyrələrinin artmasına mane olduğu məlum olub.