Adi soda doğuşda kömək edir


Digərləri 19 Yan 2018 22:17:00 344 0

Adi soda doğuşda kömək edir

Liverpul Universiteti (İngiltərə) alimləri sübut edir ki, adi soda məhlulu çətin doğuşlar zamanı qadınlara kömək edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlərin sözlərinə görə, soda uşaqlığın turşuluğunu neytrallaşdırır və bu da doğuşu asanlaşdırır.

Statistikaya görə, ilk dəfə doğan qadınların təxminən 10%-də doğuş zamanı uşaqlıq normal açılmır. Həkimlər doğuş fəaliyyətini fəallaşdırmaq üçün qadınlara oksitosin yeridir. Lakin 50% hallarda bu, kömək etmir və həkimlər qeysəriyyə kəsiyi əməliyyatına müraciət etməli olur.

Qeysəriyyə kəsiyi əməliyyatı yüksək riskli əməliyyat sayılmasa da, bütün digər əməliyyatlarda olduğu kimi, burada da müəyyən risklər mövcuddur (qanaxma, infeksiya, trombların əmələ gəlməsi).