Bakıda avtomobil qadını vurub


Digərləri 19 Yan 2018 21:48:00 220 0

Bakıda avtomobil qadını vurub

Paytaxtın Sabunçu rayonunda piyadanı avtomobil vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

"VAZ 2107" markalı avtomobil 46 yaşlı Əzizova Fədayə Məhəbbət qızını vurub. Sürücü xəsarət alan qadını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.