20 Yanvar şəhidlərinin xatirəsi Belçikada yad edilib (FOTO)


Digərləri 19 Yan 2018 21:21:01 172 0

20 Yanvar şəhidlərinin xatirəsi Belçikada yad edilib (FOTO)

Qanlı Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimi keçirilib.

Bakı. 2018-ci il tarixində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar, Belçikanın Vaterlo şəhərində yerləşən “Wellington” muzeyinin sərgi salonunda Azərbaycanın Belçikadakı səfirliyi, NATO yanında nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə Qanlı Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimi keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.