Pakistan mətbuatı 28 il əvvəl Bakıda baş verən hadisələrdən yazıb


Digərləri 19 Yan 2018 20:50:00 207 0

Pakistan mətbuatı 28 il əvvəl Bakıda baş verən hadisələrdən yazıb

Pakistanın "National Herald Tribune" qəzetində "20 Yanvar - Qara Yanvar və Azərbaycanın müstəqilliyi" sərlövhəli məqalə dərc olunub.

Son.az Trend-ə istinadən bildirir ki, məqalənin girişində səfirliyin bu ilin 22 yanvar tarixində Pakistan Daxili İşlər Nazirliyi və İslamabad Polisi ilə birlikdə şəhidləri anma tədbirinə hazırlaşdığı, eyni zamanda Pakistan-Azərbaycan Media Forumu tərəfindən 18 yanvar tarixində İbn Xaldun Akademiyasında bu səpkidə bir tədbirin keçirildiyi ilə bağlı məlumat verilir.

Daha sonra 20 Yanvar hadisələri ilə bağlı hissəyə keçən müəllif, ölkəmizdə həmin dövrdə baş qaldırmış etirazı yatırmaq və Azərbaycan xalqına "dərs vermək" məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik erməniləşmiş Sovet qoşunun Bakıya girdiyi, dinc əhalini atəşə tutduğu, tanklarla qabağına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, digər millətlərin də nümayəndələrinin olduğu 130-dan çox insanın həlak olduğu, 700 nəfərin yaralandığı və 841 nəfərin həbs edildiyi vurğulanır.

Bildirilir ki, bütün təzyiqlərə baxmayaraq növbəti gün Azərbaycan SSR-in Moskvadakı Nümayəndəliyinə gələn məhz ümummilli lider Heydər Əliyev, həyatına olan təhlükəni də gözə alaraq, ilk dəfə olaraq qətliamın baş verməsində Sovet rəhbərliyini açıq şəkildə həmin dövrdə ittiham edir və hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırır.


Xəbərə aid foto