Bakıda zəncirvari yol qəzası baş verib


Digərləri 19 Yan 2018 20:55:00 209 0

Bakıda zəncirvari yol qəzası baş verib

Bakının Suraxanı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, qəza Hövsan qəsəbəsində baş verib.

İlkin məlumata görə, iki yük və bir minik maşını toqquşub. Xəsarət alan şəxslər aşağı ətraflarının sınığı xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.