20 Yanvar uşaqların gözü ilə FOTO


Digərləri 19 Yan 2018 20:12:00 1084 0

20 Yanvar uşaqların gözü ilə  FOTO

Bu gun S.C.Pişəvəri adına Humanitar Fənnlər gimnaziyasında 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə öncə şəhidlərə həsr olunan xatirə lövhəsinin acılışı, daha sonra kövrək və qürurverici anlarla yadda qalan anım tədbiri keçirilib.

Son.az xəbər verir ki, gimnaziyadakı tədbirdə 20 Yanvar faciəsi daha fərqli, uşaqların gözü ilə təqdim olunub. Belə ki, məktəbin 6-ci sinif şagirdi Mədinə Məhərrəmovanın yazdığı ssenari məktəb rəhbərliyi tərəfindən dəstəklənərək, uşaqların bu faciəni özlərinin səhnələşdirməsinə şərait yaradılıb.

Tədbirdə uşaqlar şəhidlik zirvəsinə ucalarkən onlar kimi məktəbdə şagird olan Larısa Məmmədova və İlqar İbrahimovdan bəhs edən səhnəciklər təqdim edərək bu faciənin həm də qəhrəmanlıq salnaməsi olduğunu önə çəkiblər. Tədbir boyu təqdim olunan səhnəciklərdə onların balaca ürəklərdə böyük vətən sevgisi daşıdıqları hiss olunub.

Anım tədbiri 20 Yanvara həsr olunan ədəbi-bədii kompozisiyalar, düşmən üzərində  qalibiyyətimizi əks etdirən müxtəlif nömrələr, böyük şairləimizin şeirlərinin oxunması ilə davam edib və "Yaşa Azərbaycan" mahnısının səslənməsi ilə başa catıb.

Tədbirdə həmçinin, gimnaziyanın Nərimanov Rayon Gənclər İdarəsinin 20 Yanvara həsr olunmuş inşa  müsabiqəsində qalib olan 5-ci sinif şagirdi Məmmədzadə Selcan və 8-ci sinif şagirdi Şərifova Rənaya mükafatlar təqdim olunub.


Xəbərə aid fotolar