Dünya fond birjalarının dəyəri 81 trln. dollara çatıb


İqtisadiyyat 19 Yan 2018 20:08:04 273 0

Dünya fond birjalarının dəyəri 81 trln. dollara çatıb

Ən yüksək artım tempi isə Belarus birjasında qeydə alınıb

Dünya fond birjalarının məcmu kapitallaşması 2017-ci ildə illik müqayisədə 10,822 trln. dollar və ya 15,5% artaraq 80,838 trln. dollara çatıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, ötən il fond birjalarında kapitallaşması ən çox artan Asiya-Sakit Okean regionudur. Bu bölgədə fond birjalarının dəyəri 2017-ci ildə 25,7% artaraq 28,968 trln. dollara çatıb.

Amerika bölgəsinin birjaları 17,8% artaraq 36,517 trln. dollara yüksəlib. Avropa, Afrika və Orta Şərq birjaları isə 3,9% azalaraq 15,352 trln. dollar təşkil edib.

Kapitallaşması ən çox artan ardıcıl ikinci il Belarus fond birjası olub. Belarus fond birjası 2017-ci ildə 127 dəfə artaraq 157,6 mlrd. dollara çatıb. 2016-cı ildə bu göstərici +132% təşkil edib. İstanbul Fond Birjası isə ötən il 44,3% və ya 69,8 mlrd. dollar artaraq 227,5 mlrd. dollara yüksəlib.