Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb


Digərləri 19 Yan 2018 19:40:00 250 0

Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

Azərbaycan vətəndaşları 2017-ci ildə Türkiyədə 942 ev alıblar. Bu da illik müqayisədə 332 ev və ya 54,4% çoxdur.

Son.az report.az-a istinadən bildirir ki, ötən il ərzində azərbaycanlılar tərəfindən ən çox ev alışı oktyabr ayında (278 ev) həyata keçirilib. Digər aylarda isə bu göstərici 45-91 arasında dəyişib.

Bununla da, vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan VI yeri tutub. Hesabata əsasən, I yerdə İraq (3 805 ev), II yerdə Səudiyyə Ərəbistanı (3 345 ev), III yerdə Küveyt (1 691 ev), IV yerdə Rusiya (1 331 ev), V yerdə Əfqanıstan (1 078 ev) qərarlaşıb.