Azərbaycanın tanınmış jurnalisti Moskvada vəfat edib


Siyasət 19 Yan 2018 18:22:07 216 0

Azərbaycanın tanınmış jurnalisti Moskvada vəfat edib

Oleq Məmmədov həmçinin Rusiyada Azərbaycan diasporunun inkişafına böyük töhfə verib

Azərbaycanın tanınmış jurnalisti Oleq Məmmədov uzun sürən xəstəlikdən sonra 69 yaşında Moskvada vəfat edib.

"Report"un Rusiya bürosunun məlumatına görə, o, ötən əsrin 80-ci illərində məşhur sovet nəşri olan "Sobesednik" qəzetinin yaradıcısı və rəhbəridir.

O.Məmmədov həmçinin Rusiyada Azərbaycan diasporunun inkişafına böyük töhfə verib.

Jurnalistlə vida mərasimi yanvarın 21-də Moskvanın Perepeçinskaya qəbiristanlığında keçiriləcək.