Əfqanıstan Azərbaycanın tranzit imkanlarından yararlanmaq niyyətindədir (FOTO)


Digərləri 19 Yan 2018 18:01:00 211 0

Əfqanıstan Azərbaycanın tranzit imkanlarından yararlanmaq niyyətindədir (FOTO)

Aydın Əliyev Azərbaycanda səfərdə olan Əfqanıstanın maliyyə nazirinin müavini Nəcibullah Vərdəkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycanda səfərdə olan Əfqanıstanın maliyyə nazirinin müavini Nəcibullah Vərdəkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Əfqanıstan əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb. A.Əliyev iki ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən DGK sədri sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.