Dövlət Miqrasiya Xidmətində "20 Yanvar Azərbaycan xalqının birlik, fəxr və şərəf günüdür” mövzusunda tədbir keçirilib


Sosial 19 Yan 2018 17:55:21 162 0

Dövlət Miqrasiya Xidmətində "20 Yanvar Azərbaycan xalqının birlik, fəxr və şərəf günüdür” mövzusunda tədbir keçirilib

“Hüznlü ana” sənədli filmi nümayiş olunub

 Dövlət Miqrasiya Xidmətində (DMX) “20 Yanvar Azərbaycan xalqının birlik, fəxr və şərəf günüdür” mövzusnda tədbir keçirilib.

DMX-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbiri Xidmət rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev bildirib ki, 28 il əvvəl 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalacaq: "Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi".

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz edib, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülüb: "Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o, eyni vaxtda, həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. 20 Yanvar faciəsinə aparan yol, əsasən, 2 amillə şərtlənmişdir: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti;Azərbaycan rəhbərliyinin qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin timsalında müxalifətin təxribatçı addımları".

Bakıya yeridilən qoşun hissələrinin qəddarlığından söhbət açan millət vəkili SSRİ rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsinə beynəlxalq birliyin, konkret olaraq ABŞ-ın laqeyid münasibətindən bəhs edib: "20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapıb. Yanvarın 21-də - faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi".

Tədbirdə vurğulanıb ki, 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin əsl mahiyyəti açıqlandı və Milli Məclisinin iclasında bu hadisələrə siyasi-hüquqi qiymət verildi.

Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqının qanına əli batmış cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Azərbaycanın bütün istiqamətlər üzrə güclənməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi, dünyada etibarlı tərəfdaşa çevrilməsi, ən başlıcası isə ölkəmizdə siyasi sabitliyin olması və xalqın Prezident İlham Əliyevin ətrafında monolit birlik nümayiş etdirməsi həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, həm də bu problemin birbaşa nəticəsi olan 20 Yanvar faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini təmin edəcək.

Sonda “Hüznlü ana” sənədli filmi nümayiş olunub. 

Qeyd edək ki, DMX-nın qəbul zalında 20 Yanvar hadisələrindən bəhs edən foto və kitab sərgisi təşkil edilib, monitorlarda faciə haqqında videomaterilların yayımı təmin olunub.

Vəziyyəti ağır olan xalq artistinin SON DURUMU like
  • 19 Yan 17:55  
Digərləri Vəziyyəti ağır olan xalq artistinin SON DURUMU

Xalq artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva həl

arrow Ətraflı
"Unibank" ötən ili mənfəətlə başa vurub like
  • 19 Yan 17:54  
Digərləri "Unibank" ötən ili mənfəətlə başa vurub

Unibank 2017-ci ili 4 milyon 44 min manat mənfəətlə başa vurub.

arrow Ətraflı
Nümayəndə heyətimiz yenilənmiş tərkibdə AŞPAnın qış sessiyasına gedir like
  • 19 Yan 17:50  
Siyasət Nümayəndə heyətimiz yenilənmiş tərkibdə AŞPAnın qış sessiyasına gedir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr

arrow Ətraflı
"Keşlə" bu dəfə "Zirə"dən üstün oldu like
  • 19 Yan 17:47  
İdman "Keşlə" bu dəfə "Zirə"dən üstün oldu

Topaz Premyer Liqada mövsümün ikinci yarısının hazırlıqları

arrow Ətraflı
Teylor Fətişoğluna 4 il 6 ay həbs cəzası verildi like
  • 19 Yan 17:45  
Digərləri Teylor Fətişoğluna 4 il 6 ay həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilə

arrow Ətraflı
Azərbaycana xeyli sayda müasir hərbi texnika və döyüş sursatları gətirilib (FOTO) like
  • 19 Yan 17:44  
Digərləri Azərbaycana xeyli sayda müasir hərbi texnika və döyüş sursatları gətirilib (FOTO)

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətləraras

arrow Ətraflı
DAA Moskvada toplanmağa qərar verdi like
  • 19 Yan 17:40  
Dünya DAA Moskvada toplanmağa qərar verdi

Dünya Azərbaycanlıları Assambleyası (DAA) İdarə Heyətinin iclası keçir

arrow Ətraflı
Baş prokuror Qobustan şəhərində vətəndaşları qəbul edib like
  • 19 Yan 17:38  
Digərləri Baş prokuror Qobustan şəhərində vətəndaşları qəbul edib

Baş prokuror Zakir Qaralov Qobustan şəhərində vətəndaşları qəbul edib.

arrow Ətraflı
Çexiyanın baş naziri deputat toxunulmazlığından məhrum edilib like
  • 19 Yan 17:35  
Dünya Çexiyanın baş naziri deputat toxunulmazlığından məhrum edilib

Onun silahdaşı Yaroslav Faltınekin də toxunulmazlığı əlindən alınıb

arrow Ətraflı
Bakıda “ölümə gedən piyada” kameraya düşdü  VİDEO like
  • 19 Yan 17:35  
Digərləri Bakıda “ölümə gedən piyada” kameraya düşdü VİDEO

Bakının Nərimanov rayonunda baş vermiş qəzanın görüntüləri yayılıb.

arrow Ətraflı
"Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil" like
  • 19 Yan 17:30  
Digərləri "Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil"

"Bakı və Abşeron yarımadasında müşahidə edilən hava şəraiti yanv

arrow Ətraflı
Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb like
  • 19 Yan 17:28  
İdman Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb

İlk oyunlar 30-31 yanvar və 1 fevral, cavab görüşləri isə 6,7,8 f

arrow Ətraflı
Rusiya hərbçiləri geri çəkilməyə başladı like
  • 19 Yan 17:24  
Dünya Rusiya hərbçiləri geri çəkilməyə başladı

Türkiyənin hətbi əməliyyat keçirməyə hazırlaşdığı Suriyanın Afrin

arrow Ətraflı