Teylor Fətişoğluna 4 il 6 ay həbs cəzası verildi


Digərləri 19 Yan 2018 17:45:00 253 0

Teylor Fətişoğluna 4 il 6 ay həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrlik etdiyi iclasda T. İbrahimovun vəkili çıxış edib. O, həbslə olmayan cəza verilməsini xahiş edib.

Zərərçəkmiş şəxslər isə mülki iddialarının təmin edilməsini istəyib.

T. İbrahimov son sözündə özünü təqsirsiz bildiyini deyib, hamıya təşəkkür edib.

Müşavirdən sonra hökm elan edilib. Hökmə əsasən, T. İbrahimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.