Çexiyanın baş naziri deputat toxunulmazlığından məhrum edilib


Dünya 19 Yan 2018 17:35:13 256 0

Çexiyanın baş naziri deputat toxunulmazlığından məhrum edilib

Onun silahdaşı Yaroslav Faltınekin də toxunulmazlığı əlindən alınıb

Çexiya parlamenti ölkənin baş nazir Andrey Babişi deputat toxunulmazlığından məhrum edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, onun silahdaşı Yaroslav Faltınekin də toxunulmazlığı əlindən alınıb.

Çexiya polisi hər iki siyasətçini fırıldaqçılıqda şübhəli bilir.

2015-ci ildən etibarən davam edən istintaq A.Babişin şirkətinin Avropa İttifaqının iki milyon avro məbləğindəki subsidiyasını alması ilə bağlıdır.