Baş prokuror Qobustan şəhərində vətəndaşları qəbul edib
Digərləri 19 Yan 2018 17:38:00 185 0
Baş prokuror Zakir Qaralov Qobustan şəhərində vətəndaşları qəbul edib.
Bakı.
Baş prokuror Zakir Qaralov Qobustan şəhərində vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov yanvarın 19-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror və Qobustan rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Mənbə: az.trend.az