Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb


İdman 19 Yan 2018 17:28:00 267 0

Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb

İlk oyunlar 30-31 yanvar və 1 fevral, cavab görüşləri isə 6,7,8 fevralda keçiriləcək. Yarımfinal mərhələsinin ilk qarşılaşmaları 27,28 fevral və 1 mart, cavab oyunu isə 17,18,19 apreldə baş tutacaq. Kubokun finalı mayın 9-da Eskişehirdə oynanılacaq.

Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Goal.az xəbər verir ki, turnirin son qalibi "Konyaspor" favoritlərdən olan "Galatasaray"a rəqib olub. "İstanbul Başakşehir"i mübarizədən kənarlaşdırmaqla sürprizə imza atan "Giresunspor" isə "Fenerbahçe" ilə qarşılaşacaq.

Türkiyə kuboku, 1/4 final cütləri

"Akhisarspor" - "Kayserispor"

"Konyaspor" - "Galatasaray"

"Giresunspor" - "Fenerbahçe"

"Beşiktaş" - "Genclerbirliği"

Yarımfinal cütləri

"Beşiktaş" - "Genclerbirliği" / "Giresunspor" - "Fenerbahçe"

"Konyaspor" - "Galatasaray" / "Akhisarspor" - "Kayserispor"