6 gündür yoxa çıxan kişini görüşdüyü evli qadının əri öldürübmüş
Dünya 19 Yan 2018 17:14:00 249 0
Türkiyənin Karaman rayonunda 6 gündür axtarılan Yasin Uzunun (35) görüşdüyü iddia edilən evli qadının əri tərəfindən öldürüldüyü ortaya çıxıb.
Son.az Haberler-ə istinadən xəbər verir ki, Yasin Uzunu öldürən Hikmet Y. (45) qonşusudur. Şübhəli qonşusunu odun parçası ilə döyə-döyə öldürüb.
Polis Hikmet Y.-nin evinin bağçasında apardığı axtarış zamanı Yasin Uzunun cəsədini çuxurda aşkar edib.
Şübhəli Hikmet Y.-nin sosial şəbəkə hesabında Yasin Uzunun itməsi xəbərləri ilə bağlı paylaşım etdiyi ortaya çıxıb.
Saxlanılan 5 nəfərin dindirilməsi davam edir.
Mənbə: milli.az