futbol əfsanəsi yenə xəstəxanaya yerləşdirilib


İdman 19 Yan 2018 17:03:00 244 0

futbol əfsanəsi yenə xəstəxanaya yerləşdirilib

Üçqat dünya çempionu Pele yenə xəstəxanaya yerləşdirilib. Goal.az xəbər verir ki, 77 yaşlı futbol əfsanəsinin orqanizmində problem yaranıb və huşunu itirib. Səhər saatlarında Braziliya klinikalarından birində bir neçə test verən "futbol kral"ı hazırda həkim nəzarətindədir. Onun həftəsonu Londonun "Svoy" hotelində keçiriləcək tədbirə qatılması planlaşdırılmışdı. Qeyd edək ki, Pele uzun zamandır maddələr mübadiləsində problem yaşayır.