Politoloq: Azərbaycan "etimad norması"nı yerinə yetirib


Digərləri 19 Yan 2018 16:59:00 221 0

Politoloq: Azərbaycan "etimad norması"nı yerinə yetirib

Azərbaycana etimad çağırışı etmək artıqdır, çünki Azərbaycan etimad normasını yerinə yetirib.

Bakı. Elçin Mehdiyev - "Azərbaycana etimad çağırışı etmək artıqdır, çünki ölkəmiz "etimad norması"nı yerinə yetirib. Azərbaycan işğala məruz qalıb, bizim torpaqlarımız işğal altındadır". Bunu Trend-ə politoloq Fikrət Sadıqov ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanı və Ermənistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mühüm töhfə kimi etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırmasına münasibət bildirərkən deyib. F.Sadıqovun sözlərinə görə, birinci dəfə deyil ki, bu cür çağırışlar səslənir - etimad tədbirləri görülməli, Ermənistanla Azərbaycan bir-birinə etimad etməlidir: “Əgər Minsk qrupunun həmsədrləri bu məsələnin həllində maraqlıdırsa, etimad tədbirləri haqqında bəyanat vermək artıqdır, Ermənistana təzyiqlər göstərilməlidir. Ermənistan başa düşməlidir ki, işğal siyasətindən əl çəkmək lazımdır, işğal daim davam edə bilməz. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, status-kvonun davam etməsi ilə heç vaxt razılaşmayacaq və münaqişənin həlli üçün müxtəlif yollardan istifadə edəcək. Ona görə Azərbaycanı etimada çağırmaq lazım deyil, Ermənistana təzyiq etmək lazımdır. Mənə elə gəlir ki, belə ifadələrin səslənməsi hər halda Azərbaycana aid olmamalıdır”.