"Manchester United"dən Sançezin agentinə 12 milyon


İdman 19 Yan 2018 16:48:00 198 0

"Manchester United"dən Sançezin agentinə 12 milyon

"Arsenal"ın hücumçusu Aleksis Sançezin "Manchester United"ə transferi reallaşmaq üzrədir. Artıq "topçular"ın baş məşqçisi Arsen Venqer də bunu təsdiq edir. Goal.az xəbər verir ki, çilili ulduzu heyətə cəlb etmək üçün "United" onun agentinə də 12 milyon avro ödəməlidir. Aleksis yeni klubunda həftəyə 350 min funt qazanacaq. Qeyd edək ki, vergi və digər xərclər daxil olmaqla bu transfer "qırmızı şeytanlar"a 180 milyon avroya başa gələcək.