Azərbaycanda daha bir muzey yaradılacaq - Vərəmlə bağlı


Digərləri 19 Yan 2018 16:40:00 208 0

Azərbaycanda daha bir muzey yaradılacaq - Vərəmlə bağlı

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri Institutu “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar - genetik mutasiyalarının tədqiqi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilib.

Bakı. İlhamə İsabalayeva - Elmi-tədqiqat Ağciyər Xəstəlikləri Institutu “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar - genetik mutasiyalarının tədqiqi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində aparılacaq tədqiqatın məqsədi Azərbaycanın regionlarında ağciyər vərəmi olan xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqidir. Ləyihə çərçivəsində 2017 ilin aprel ayından elmi işlər başlanıb və hazırda işlər davam edir. Fəaliyyət çərçivəsində bir sıra istiqamətlər üzrə - Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar – genetik tədqiqi, ölkədə rast gəlinən vərəm ştamlarının izolyantları muzeyinin yaradılması, vərəm mikobakteriyalarının genetik mutasiya xüsusiyyətləri və yayılma intensivliyi, həmçinin dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi, vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və s. üzrə fəaliyyətlərin göstərilməsi nəzərdə tutulub.