Azərbaycan əsgəri şəhid olub


Siyasət 19 Yan 2018 16:23:34 220 0

Azərbaycan əsgəri şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejimi kobud surətdə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Allah rəhmət eləsin!