Braziliyalı futbolçu daha 2 il "Manchester City"də


İdman 19 Yan 2018 16:30:00 249 0

Braziliyalı futbolçu daha 2 il "Manchester City"də

"Manchester City" braziliyalı yarımmüdafiəçi Fernandinyo ilə müqaviləni yeniləyib. Goal.az xəbər verir ki, 32 yaşlı havbek 2020-ci ilin yayına kimi "şəhərlilər"in uğurlar üçün çalışacaq. Onun əvvəlki anlaşması mövsümün sonunda qüvvədən düşürdü.

"City"nin parlaq gələcəyi var. Bu layihədə mümkün qədər uzun müddət iştirakçı olmaq istəyirəm. Qvardiola kimi baş məşqçi ilə biz, yəqin ki, titullar qazanıb azarkeşləri baxımlı oyunla sevindirə biləcəyik. Belə komandanın üzvü olmaq böyük şərəfdir. Yaxın illərdə "Manchester City"nin yeni nailiyyətlərinə şahid olmağa ümid edirəm" - təcrübəli futbolçu deyib.

Fernandinyo 2013-cü ildən "City"nin şərəfini qoruyur. O, bu kluba "Shakhtar"dan transfer olunmuşdu.