Dəmir yolunun Tovuz-Qovlar mənzilində 7,8 km yolun təmirinə başlanılıb (FOTO)


Digərləri 19 Yan 2018 16:10:00 204 0

Dəmir yolunun Tovuz-Qovlar mənzilində 7,8 km yolun təmirinə başlanılıb (FOTO)

Bu gündən etibarən dəmir yolunun Tovuz-Qovlar mənzilində 7,8 km yolun əsaslı təmirinə start verilib.

Bakı. Bu gündən etibarən dəmir yolunun Tovuz-Qovlar mənzilində 7,8 km yolun əsaslı təmirinə start verilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri 5 gün davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.