Azərbaycan karateçiləri “Qran Pri” turnirindən 8 medalla qayıdıb (FOTO)


Digərləri 19 Yan 2018 15:35:00 151 0

Azərbaycan karateçiləri “Qran Pri” turnirindən 8 medalla qayıdıb (FOTO)

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi ötən günlərdə Xorvatiyanın Samobor şəhərində 27-ci “Qran Pri” turnirində iştirak edən yeniyetmə və gənclərdən ibarət seçmə komandaların heyəti ilə görüşüb.

Bakı. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi ötən günlərdə Xorvatiyanın Samobor şəhərində 27-ci “Qran Pri” turnirində iştirak edən yeniyetmə və gənclərdən ibarət seçmə komandaların heyəti ilə görüşüb. Federasiyadan Trend-ə verilən məlumata görə, AMKF-in prezidenti Yaşar Bəşirov nüfuzlu turnirdən 2 qızıl, 2 gümüş və 4 bürünc olmaqla 8 medal qazanan idmançıların qənaətbəxş nəticə göstərdiyini deyərək, bütün bu uğurların Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin ölkə idmanına göstərdiyi dəstək sayəsində əldə olunduğunu bir daha diqqətə çatdırıb. Yeniyetmə və gənc karateçiləri təbrik edən federasiya prezidenti nəticələrin daim artacağına ümidvar olduğunu söyləyib. Baş katib MirHəsən Seyidov ilin ilk uğuru münasibətilə təbrikin ardından, idman ökəsi olan Azərbaycanın bu imicini daim yüksək tutmağın vacib olduğunu qeyd edib. Bundan sonra da idmançıların problemlərinin həllinə çalışacaqlarını söyləyən baş katib, gənc karateçilər üçün maarifləndirici seminarlar veriləcəyini söyləyib.