Türkiyə hərbçiləri terrorçuların Afrindəki mövqelərinə zərbələr endirib


Dünya 19 Yan 2018 15:26:21 214 0

Türkiyə hərbçiləri terrorçuların Afrindəki mövqelərinə zərbələr endirib

Hatay əyalətinin Kırıkhan və Hassa rayonlarından Suriyadakı əks tərəfə 10 top atəşi edilib

Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın Suriyadakı PYD və YPG-yə aid qollarının mövqelərinə artilleriya zərbələri endiriblər.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, Türkiyənin Hatay əyalətinin Kırıkhan və Hassa rayonlarından Suriyadakı əks tərəfə 10 top atəşi edilib.

PYD və YPG terrorçuları Afrin bölgəsindən Türkiyə ərazisinə təcavüz xarakterli atəş açdıqları üçün qarşı tərəf qanunla cavab zərbəsi endirib.