Məhkəmə zərərçəkmişin hüquqi varisi barəsində məcburi gətirilmə qərarı çıxarıb


Sosial 19 Yan 2018 15:09:12 283 0

Məhkəmə zərərçəkmişin hüquqi varisi barəsində məcburi gətirilmə qərarı çıxarıb

Proses yanvarın 26-dək təxirə salınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürmədə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi Elşad Mehdiyevin dəfələrlə məhkəməyə gəlmədiyi elan olunub. 

Məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Proses yanvarın 26-dək təxirə salınıb.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyun ayının 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib. 

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

R.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmədə R.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, hadisəni törətmədiyini söyləyib.