Gəncədə "20 Yanvar" faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)


Digərləri 19 Yan 2018 14:49:00 255 0

Gəncədə "20 Yanvar" faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)

AYB Gəncə Bölməsində “20 Yanvar” faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib.

Bakı. Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə “20 Yanvar” faciəsinin il dönümü münasibətilə tədbir keçirilib. Tədbirdə “20 Yanvar” faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AYB-in Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Xəzangül Hüseynova çıxış edərək tariximizə qanla yazılmış “20 Yanvar” faciəsinin heç bir zaman unudulmayacağını vurğulayıb. Bildirib ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.