Unikal kadrlar: yırtıcını sığallayıb sakitləşdirdi VİDEO FOTO


Digərləri 19 Yan 2018 14:37:00 230 0

Unikal kadrlar: yırtıcını sığallayıb sakitləşdirdi  VİDEO  FOTO

Köpəkbalıqları dünyanın ən təhlükəli yırtıcılarından biri sayılır. Həddən ziyadə aqressiv olan bu balıqlar insan üçün ölümcül təhlükə mənbəyidir.

Lakin britaniyalı bioloq Aleksander Uilkoks belə düşünmür.

Son.az Daily Mail-ə istinadən bildirir ki, o, həmkarı Kristina Zenato ilə birlikdə Baham adalarının sahilərində okeanın dibinə enərək köpəkbalıqları ilə ünsiyyət qurublar.

Mərcan rifi köpəkbalığını tutan Kristina və Aleksandr onu sığallayıblar, sakitləşdiriblər.

Köpəkbalığı, sanki, donmuşdu, tərpənmirdi.

A.Uilkoksun dediyinə görə, köpəkbalığının bədənində onun ətrafındakı elektromaqnit sahəsində hərəkət edən şikarı aşkarlayan elektroreseptorlar var. Həmin elektroreseptorlara toxunanda, sığallayanda köbəklağını "mışıl-mışıl yatan uşağa" çevrilir.


Xəbərə aid fotolar