Qasırğa Avropanı "yasa batırıb"


Dünya 19 Yan 2018 14:19:00 272 0

Qasırğa Avropanı "yasa batırıb"

Ötən gündən Avropada tüğyan edən qasırğa nəticəsində həyatını itirənlərin sayı artmaqdadır.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölənlərin sayı 10 nəfərə çatıb.

Məlumata görə, Niderlandda 3 adam qasırğanın qurbanı olub, daha bir nəfər isə xəsarət alıb.

Belçikada isə küləyin aşırdığı ağac avtomobilin üzərinə düşüb və maşındakı adam ölüb.