Ermənistanın dövlət borcu kəskin artdı


Dünya 19 Yan 2018 14:10:00 269 0

Ermənistanın dövlət borcu kəskin artdı

Ermənistanın dövlət borcu ötən il ərzində kəskin artıb və 2017-ci il dekabrın 31-dək olan vəziyyətə görə, 6 milyard 774,6 milyon dollar təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, borcun böyük hissəsi - 6 milyard 173,1 milyon dollar Ermənistan hökumətinin borcudur.

Bu məbləğdən 4 milyard 893,4 milyon dollarını xarici borc təşkil edir.

Qeyd edək ki, 2016-cı il dekabrın 31-dək olan vəziyyətə görə, Ermənistanın dövlət borcu 5 milyard 942,1 milyon dollar təşkil edirdi. Bir il ərzində dövlət borcu 832,5 milyon dollar artıb.