Türkiyənin müdafiə naziri: "Suriyada terrorçulara qarşı nəzərdə tutduğumuz əməliyyatı keçirəcəyik "


Dünya 19 Yan 2018 13:53:00 289 0

Türkiyənin müdafiə naziri: "Suriyada terrorçulara qarşı nəzərdə tutduğumuz əməliyyatı keçirəcəyik "

“Bütün terror əlaqələrinin kəsilməsi üçün şərtləri təkmilləşdiririk”

“Bütün terror əlaqələrinin kəsilməsi üçün lazımı şərtləri formalaşdırırıq”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Nurettin Canikli Suriyanın Afrin əyalətində terrorçulara qarşı keçiriləcək əməliyyatla bağlı bildirib.

Onun sözlərinə görə, Türkiyə ordusunun ehtimal olunan itkilərini azaltmaq üçün lazım olan bütün addımlar atılır: "Bu məsələ əməliyyatların bütün mərhələlərində diqqət mərkəzində olacaq. Türkiyəyə qarşı təhdid günü-gündən artır. Ona görə də bu əməliyyat keçiriləcək, terrorçulara qarşı mübarizə gerçəkləşəcək".

Müdafiə naziri Afrində antiterror əməliyyatının olacağını desə də, tarixini açıqlamayıb: “O bölgədə lazım olan bütün tədbirlər görülür. Suriyanın şimalındakı bütün terror xətləri, ortadan qaldırılacaq. Bunun başqa çarəsi yoxdur”. 

N.Canikli vurğulayıb ki, Rusiyanın Suriyadakı Bəşşar Əsəd rejiminə dəstək verdiyi hamıya məlumdur: ”Ona görə rejimin dediklərini təkbaşına həyata keçirməsi imkanları məhduddur. Bunun da yalnız rejimin fikir olmadığını nəzərə almaq lazımdır. Bunlar müzakirə masasında müzakirə ediləcək məsələlərdir”.